Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür. Dekabrın 12-də “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə başda olmaqla Cəmiyyətin mərkəzi aparatı, həmçinin törəmə müəssisələrin rəhbər heyəti və kollektivi Fəxri xiyabana gələrək görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu Öndərin əziz xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb.
Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar olaraq “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə Korporasiyanın inzibati binasının foyesində Ulu Öndərin büstü önünə gül dəstələri düzüb, görkəmli şəxsiyyətin əbədi xatirəsini dərin hörmətlə anıb.