“Azərbaycan Sənaye Korporasiyası” ASC-də investisiya imkanlarının dəyərləndirilməsi istiqamətində müzakirələr aparılmışdır

         “Azərbaycan Sənaye Korporasiyası” ASC bir çox xarici şirkət və investorlarla, xüsusilə Almaniya Federativ Respublikası şirkətləri ilə fəal şəkildə danışıqlar aparır, birgə layihələrin icrası, investisiya imkanlarının dəyərləndirilməsi istiqamətində işlər həyata keçirir. Bu  qəbildən olan tədbirlər çərçivəsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının iştirakı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə və Almaniyanın “Lingl Anlagenbau GmbH” şirkətinin layihələr üzrə satış meneceri Franco Eustacchio arasında işgüzar görüş keçirilmişdir.

          Görüş zamanı “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus kərpic istehsalı müəssisəsində istehsal gücünün artırılması, effektivliyin yüksəldilməsi, alman nou-hausunun (know-how)  tətbiqi, eləcə də mühəndislik xidmətlərindən istifadə olunma perspektivləri müzakirə edilmişdir. Sonda “Lingl Anlagenbau GmbH” şirkətinin nümayəndəsinin kərpic istehsalı fabrikinə səfəri razılaşdırılmış və eyni zamanda hər iki tərəfin gələcək əməkdaşlıqla bağlı həyata keçirəcəyi işlər planlaşdırılmışdır.

Fotolent

Yeni xəbərlər