ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer Şəki şəhərinə səfər edib. Səfər zamanı Li Litzenberqer “Azəripək” MMC-yə baş çəkərək, buradakı istehsal prosesi ilə yaxından tanış olub. Qonaq müəssisənin baramadan xam ipək açan və boyaq-bəzək sexindəki iş prosesi, ümumilikdə ipək istehsalı haqqında ətraflı məlumatlandırılıb. Daha sonra xalça sexində olan səfir Azərbaycan mədəni irsinin inciləri sayılan kəlağayı və ilmə sənəti ilə tanışlığından məmnunluq və heyranlıq hissi duyduğunu bildirib.