“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “ASK Şəki Şərab” MMC ilə “İnnovation Technologies” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Müqaviləyə əsasən “İnnovation Technologies” MMC zavodda istehsal olunan şərab məhsullarının keyfiyyətinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, yeni brendlərin yaradılması, yerli və dünya bazarında satışın təşkili işini həyata keçirəcəkdir. Yüksək keyfiyyətli üzüm növlərindən hazırlanan şərablar yeni ticarət nişanı, dizayn və qablaşdırmada Azərbaycanla yanaşı dünya bazarında da təqdim olunacaqdır. Birgə əməkdaşlıq çərçivəsində zavodda “Boorla” və “Hüsni-cahan” adı altında 10 çeşiddə şərabın istehsalına başlanılıb. Məhsulların ixracı istiqamətində Rusiya, İspaniya, Çin və Belarusiya şirkətləri ilə əməkdaşlıq barədə danışıqlar aparılır.
“İnnovation Technologies” MMC həmçinin “ASK Şəki Şərab” MMC-nin portfolio idarəetməsi istiqamətində də bir sıra layihələr reallaşdıracaqdır.