Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti təyin olunmasından beş il ötür

    Bu gün ölkəmizi dünyada çox yüksək səviyyədə təbliğ edən Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasından beş il ötür.  Azərbaycanın Birinci vitse-prezidentinin ötən 5 ildə göstərdiyi uğurlu fəaliyyət, gördüyü işlər əvəzolunmazdır. Onun fəaliyyətinin ana xətti Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına yönəlib.

     Ona göstərilən etimadı hər zaman layiqincə doğruldan Mehriban xanım Əliyeva bütün cəhətləri ilə xalq adamıdır, milyonların sevgisini və dəstəyini qazanmış dövlət xadimidir. Biz sizin yorulmaz tükənməz fəaliyyətinizi izləyir, fəxr edirik və Sizə çoxşaxəli fəaliyyətinizdə uğurlar arzu edirik.

Fotolent

Yeni xəbərlər