“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları İtaliya-Azərbaycan Universiteti layihəsi ilə bağlı tədbirdə iştirak ediblər

Azərbaycan Respublikası Prezidentinin İtaliya-Azərbaycan Universiteti Layihəsinin həyata keçirilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli  Sərəncamının  icrası çərçivəsində  ADA Universiteti tərəfindən 2023-2024-cü tədris ili üzrə iki magistr ixtisası təqdim olunub.  Bunlar Luiss Universiteti ilə birgə Qlobal idarəetmə  və siyasət və Bolonya Universiteti ilə birgə Menecment (qida sistemi üzrə) ixtisaslarıdır. Bu münasibət ilə ADA Universitetində keçirilən tədbirdə dövlət və ictimai qurumlar, müxtəlif assosiasiyalar, təşkilatlar, kənd təsərrüfatı müəssisələri və universitetlərin nümayəndələri, tələbələr, həmçinin “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin  Strateji İnkişaf və Kommersiya,  eləcə də Korporativ Xidmətlər departamentinin əməkdaşları da iştirak ediblər.

Təhsil sahəsində yeni genişmiqyaslı əməkdaşlıq baxımından əhəmiyyət daşıyan layihəyə əsasən  ADA Universiteti  İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi olan Luiss Guido Carli Universiteti,  Romanın Sapienza Universiteti,  Turin Politexnik Universiteti,  Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti ilə əməkdaşlıq edir. Əməkdaşlığın məqsədi ölkə iqtisadiyyatının strateji sektorları üzrə elm, tədqiqat, təcrübə bazasını yaratmaq və yüksək ixtisaslı mütəxəssislər yetişdirməkdir.

Fotolent

Yeni xəbərlər