“Azərbaycan Sənaye Korporasiyası” ASC ilə Amerikanın “AA Metals” və “Teknik Alüminyum” şirkətləri arasında görüş keçirilib

           26 oktyabr 2023-cü il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC və “Azəralüminium” MMC ilə ABŞ-ın “AA Metals” və onun tərkibində olan “Teknik Alüminyum” şirkətlərinin rəhbər heyətləri arasında görüş baş tutmuşdur. Görüş zamanı Korporasiya tərəfindən həyata keçirilən layihələr, xüsusilə də alüminium sənayesinin inkişafı yönündə görülən işlər barədə geniş məlumat verilmiş, bu layihələrin icrası istiqamətində investisiya imkanlarının genişləndirilməsi, yeni əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

            Bundan əlavə, “AA Metals” şirkətinin prezidenti Jack Cheng və “Teknik Alüminyum” şirkətinin direktoru Emre Paksoy tərəfindən şirkətlərin yaranma tarixi, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilmişdir.

         Qeyd olunmalıdır ki, 300-dən çox işçi qüvvəsinə malik olan “AA Metals” Avropa, Kolumbiya və Türkiyə bazarlarında fəaliyyət göstərməklə alüminium məhsullarının qlobal miqyasda təchizatını həyata keçirir. Şirkət əlavə olaraq öz müştərilərinə satınalma, logistika, maliyyə, sığorta və satışdan sonrakı xidmətlər də təklif edir.

            Görüşün sonunda tərəflər arasında məlumat mübadiləsinin genişləndirilməsi, perspektiv vəd edən layihələr ilə bağlı daha ətraflı araşdırma aparılması razılaşdırılmışdır.

Fotolent

Yeni xəbərlər