“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təşəbbüsü ilə şahmat turnirinə start verilmişdir

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat turnirinə start verilmişdir.  Cəmiyyətin mərkəzi aparatı və törəmə müəssisələrin (“Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC, “ASK Security” MMC, “ASK Ayaqqabı Fabriki” MMC) əməkdaşları arasında keçirilən yarış yeddi tur üzrə təşkil olunmuşdur.  Artıq iki tur üzrə oyunların başa çatdığı şahmat turnirinin 1,2,3 və 4-cü yerlərə layiq görülmüş qaliblərinə pul mükafatları təqdim olunacaqdır.

Fotolent

Yeni xəbərlər