“Azərbaycan Sənaye Korporasiyası” ASC-də Yeni Azərbaycan Partiyasının Ərazi Partiya Təşkilatının iclası keçirilib. İclasda Korporasiyanın rəhbər heyəti və kollektivi, o cümlədən “Yeni Azərbaycan” Partiyası Yasamal Rayon təşkilatının nümayəndələri iştirak edib.
Toplantını giriş sözü ilə açan Cəmiyyətin baş direktorunun müavini İlqar İsayev iclas iştirakçılarını və qonaqları salamlayaraq bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Korporasiyanın rəsmisi qeyd edib ki, bu gün yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır və Ulu Öndərin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib. “Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda ölkəmiz partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcəkdir.” - deyə baş direktorun müavini vurğulayıb.
İclasda çıxış edən “Yeni Azərbaycan” Partiyası Yasamal Rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şanlı yoldan, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Qəhrəman Ordumuzun 44 gün içərisində II Qarabağ müharibəsində yağı düşmən üzərində qazandığı qələbədə və milli birliyin təmin edilməsində YAP-ın rolundan söz açıb.