Belə ki, 25 oktyabr 2021-ci il tarixindən 29 oktyabr 2021- ci il tarixinə kimi olan müddət ərzində podratçı şirkət “EL Constuct” MMC tərəfindən L.Tolstoy, 86 ünvanında yerləşən iki mərtəbəli mövcud yaşayış binasının bir yan fasadı sement-qum məhlulu ilə suvanıb başa çatdırılmış, M.Muxtarov, 22 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan binanın suvaq vurulmuş yan tərəfi “binder” məhlulu ilə yuyulmuş, “tekstura” tipli məhlul çəkilmiş, “ağlay” tavası rəngində 1 qat boyanmışdır.
Eyni zamanda, 2-ci blokda Cənubi Koreya istehsalı olan “Sigma” modelli 5-ci liftin son sazlama işləri başa çatdırılmışdır. Binanın 3-cü blokundan Zərgərpalan küçəsi istiqamətində kanalizasiya xətlərinin keçirilməsi üçün 150 mm diametrində 3 ədəd dəlik açılmış, -1 və +1 mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinin vitrajları üçün şüşə materiallarının bir hissəsi gətirilərək şüşələnmə işlərinə hazırlığa başlanılmışdır.
Binanın M.Muxtarov, küçəsi səmtindəki fasadında 1 ədəd vitrajın, 1-ci blokun +1 mərtəbəsindən M.Muxtarov küçəsinə çıxış üçün açılmış 1 ədəd qapının ətrafı “ağlay” materialı ilə haşiyələnmişdir.
Süleyman Tağızadə küçəsi tərəfdən binanın +1 mərtəbəsindəki qeyri-yaşayış sahəsinə daxil olmaq üçün nəzərdə tutulan 1 ədəd pilləkanın və pilləkan meydançasının qəlib işi yerinə yetirilmiş, həmin mərtəbəyə insanların rahat şəkildə daxil olub-çıxması üçün ərazinin səviyyəsi əlavə qrunt qatı verilməklə 30-40 sm qaldırılmışdır. Həmçinin, istinad divarının arxası 2-ci qrup qruntla əks doldurulmuşdur.
3-cü blokun kanalizasiya sistemini birləşdirmək üçün Zərgərpalan küçəsi səmtində sahədaxili kanalizasiya xəttinin xəndəyi qazılmış, dibində qum qatından “yastıq” düzəldilmişdir.