“ASK Ayaqqabı Fabriki” MMC-də anbardar işləyən 01 iyul 1995-ci il təvəllüdlü Heydərov Rafiq Rahim oğlu torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Heydərov Rafiq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən 29 sentyabrda səfərbər olmuşdur.
Heydərov Rafiq 03.02.2020-ci il tarixindən “ASK Ayaqqabı Fabriki” MMC-də çalışırdı.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin kollektivi olaraq həlak olan şəhidmizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Allahdan səbr və dəyanət diləyirik.
Allah rəhmət eləsin !