“Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən qeyri-neft sektorunun, xüsusilə iplik sənayesinin inkişafı çərçivəsində layihələrin hazırlanması, investorlarla mütəmadi olaraq görüşlərin keçirilməsi və yeni perspektivlərin araşdırılması istiqamətində işlər davam etdirilməkdədir.
Bu məqsədlə 22 noyabr 2023-cü il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və “Azərpambıq ASK” MMC ilə Pakistanın “TexKnit” şirkətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə pambıq məhsullarının satışı üzrə birgə əməkdaşlığın qurulması perspektivləri, iplik sənayesinin inkişafı layihəsi çərçivəsində investorlara çıxış imkanları, yerli iplik istehsalı zavodunun yaradılması yönündə müxtəlif fikirlər müzakirə edilib.
Pakistanın tekstil sənayesi üzrə aparıcı şirkətlərdən olan “TexKnit” ilə əlaqələrin inkişaf etdirilməsi məqsədilə növbəti mərhələdə qeyd edilən məsələlər üzrə tədbirlər planının hazırlanması, kommersiya şərtlərinin müəyyənləşdirilməsi və fərqli versiyalar üzrə investisiya imkanlarının qiymətləndirilməsinə dair maliyyə modellərinin təkmilləşdirilməsi nəzərdə tutulub.