“Azərtütün ASK” MMC tərəfindən fermerlər üçün təlimat kitabçası hazırlandı.

“Azərtütün ASK” MMC tərəfindən tütünçülük sahəsi ilə məşğul olan istehsalçıların maarifləndirilməsi və bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə “Fermerin təlimat kitabçası” adlı əyani vəsait hazırlanmış və fermerlərə paylanmışdır. Tütünə düzgün aqrotexniki xidmətlərin həyata keçirilməsi baxımından əhəmiyyətli olan bu kitabçada məhsuldarlığın və keyfiyyətin artırılması üçün vacib olan məqamlar barədə ətraflı və dolğun məlumat verilib. Belə ki, tütün əkilməsində uyğun torpağın seçilməsi və əkin üçün hazırlanması, şitil istehsalı, tütün əkininin aparılması və əkindən sonrakı kultivasiya işləri, eləcə də gübrələmə və suvarma işinin aparılması, tütünün artıq zoğlarının kəsilməsi və yarpaqlarının düzgün dərilmə vaxtı, tütün istehsalında ziyanvericilərə qarşı lazım olan aqrokimyəvi vasitələr (pestisid və herbisid), onlardan istifadə qaydaları və təhlükəszilik tədbirləri haqqında qeyd olunan təlimat və göstərişlərin kənd təsərrüfatının bu sahəsi ilə məşğul olan hər bir fermer üçün  nəzəri və praktiki cəhətdən mühüm əhəmiyyəti vardır.

Bununla yanaşı 2019-cu ilin mövsümü üzrə hazırlanmış təlim proqramına uyğun olaraq müvafiq rayonlarda təlimlərin keçirilməsi təşkil edilir, eyni zamanda hər bir istehsalçıya fərdi qaydada onun əkin sahəsində aqrotexniki cəhətdən praktiki dəstək göstərilməklə yerində təlimatlandırma işləri həyata keçirilir.

“Fermerin təlimat kitabçası” adlı əyani vəsait ilə tanış olmaq üçün bu link üzrə keçid edə bilərsiniz.

Yeni xəbərlər