11-12 oktyabr 2023-cü il tarixlərində Sinqapur Respublikasında Beynəlxalq Pambıq Assosiasiyası tərəfindən “Trade Event 2023” tədbiri keçirilmişdir. “Azərbaycan Sənaye Korporasiyası” ASC və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin rəhbər heyəti sözügedən tədbirdə iştirak etmişdir. Dünyanın 39 ölkəsindən 600-dən çox şirkət nümayəndələrinin qatıldığı tədbirdə pambıq sahəsində ixtisaslaşmış bir çox qurumlar ilə görüşlər keçirilmiş və əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Bundan əlavə təşkil olunmuş panel çıxışlar zamanı pambıq ticarəti üzrə dünya bazarındakı mövcud vəziyyət ilə bağlı vacib məlumatlar da paylaşılmışdır.