Belqrad şəhərində Serbiyanın Ticarət və Sənaye Palatası (CCIS) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə Serbiya-Azərbaycan biznes forumu keçirilib.
Tədbirdən əvvəl Azərbaycan nümayəndə heyəti Belqradda xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Kənd təsərrüfatı, sənaye, tikinti, energetika, informasiya texnologiyaları və digər sahələrdə əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının yaranması baxımından əhəmiyyətli olan biznes forumda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji inkişaf və kommersiya departamentinin direktoru Rüstəm Əkbərli, həmçinin “Azəralüminium” MMC-nin direktorunun birinci müavini Oqtay Rəfiyev də iştirak ediblər.
Tədbirdə “ASK” ASC və “Azəralüminium” MMC-nin Serbiya şirkətlərinin nümayəndələri arasında biznes görüşlər keçirilib, tərəflər arasında məlumat mübadiləsi aparılaraq potensial sahələr üzrə əməkdaşlıq perspektivləri, ticarət və investisiya imkanları istiqamətində müzakirələr olunub. Bundan əlavə Korporasiyanın fəaliyyət istiqamətləri, məqsədi, ölkəmizin qeyri-neft sektorunun inkişafında rolu istiqamətlərində də müzakirələr aparılıb.