28 noyabr 2023-cü il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-də ADA Universiteti tərəfindən 2024-2025-ci tədris ili üçün magistratura proqramlarına qəbula dair təqaüd imkanları və qəbul şərtləri ilə bağlı təqdimat keçirilmişdir. Korporasiya və törəmə müəssisələrdə çalışan əməkdaşların ixtisasları, eləcə də təhsil səviyyələrinin artırılması baxımından əhəmiyyət daşıyan bu magistratura səviyyəsində tədris 5 istiqamət üzrə ingilis, həmçinin Azərbaycan dillərində aparılır və 10 ixtisas üzrə proqram təklif edilir. Təqdimatda “Azərbaycan Sənaye Korporasiyası” ASC və törəmə müəssisələr olan “Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC-nin nümayəndələri universitetin magistratura səviyyəsinə qəbul üzrə baş məsləhətçisi tərəfindən tədris olunacaq ixtisaslar, təqaüd imkanları və qəbul şərtləri barədə ətraflı şəkildə məlumatlandırılmışdır.