“Azərbaycan Sənaye Korporasiyası” ASC-də startap komandaları ilə görüşlər keçirilib

    23 may 2024-cü il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC və bərpaolunan enerji sahəsində fəaliyyət göstərən “KULEKO” startapının nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Görüşün əsas mövzusu “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən startap komandaya dəstək mexanizmlərinin müzakirəsi olub.

    Qeyd edilməlidir ki,  “KULEKO”  komandası külək enerjisi ilə işləyən və patentləşdirilmiş qurğu ərsəyə gətirib. Hal-hazırda qurğunun minimal işlək məhsulu (MVP) test mühitində yoxlanılmaqdadır.

    24 May 2024-cü il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə “PowerLand Engineering” startapının nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı startap komanda tərəfindən layihə haqqında ətraflı məlumat verilib, həmçinin “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları öz növbəsində startapın inkişafına dair məsləhətlər verib, bu sahədə mövcud təcrübələri ilə bölüşüblər.

    Qeyd olunmalıdır ki, “PowerLand Engineering” startap komandası hibrid təlimlərin keçirilməsi üzrə platformanın hazırlanması ilə məşğuldur. Bu platformada istehsalatda istifadə olunan qurğuların istifadəsi üzrə onlayn və həmçinin praktiki təlimlərin keçirilməsi nəzərdə tutulur.

Fotolent

Yeni xəbərlər