“Abidə” MTK-nın yaşayış binasının tikintisi üzrə işlər davam etdirilir

      Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında tikintisi yarımçıq qalmış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə podratçı şirkət "EL Construct" MMC tərəfindən 16 may 2022-ci il tarixindən 31 may 2022-ci il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri qrafik üzrə ardıcıl və fasiləsiz olaraq davam etdirilmişdir.

     Süleyman Tağızadə küçəsi tərəfdən qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsinə qalxıb-enmək üçün nəzərdə tutulmuş  pilləkənin 3.9x4.6x0.3 m və 4.5x1.1x0.3 m ölçülərində dəmir-beton istinad divarlarının armaturlanması və qəliblənməsi işləri görülməkdədir.

     Zərgərpalan küçəsi tərəfdən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinə qalxıb-enmək üçün inşa olunmuş 2 ədəd vintvari dəmir-beton pilləkəndən sayca ikincisinin də ağlay daşı ilə üzlənməsi işləri başa çatdırılmış və hal-hazırda -8.35 səviyyəsində yerləşən dəmir-beton pilləkənlərin ağlay daşı ilə üzlənməsi işləri davam etdirilir.

     Eyni zamanda Zərgərpalan küçəsi boyu yağış sularının drenaj kanalının metal hissəsinin quraşdırılması işləri görülməkdədir.

     Lev Tolstoy küçəsi səmtində qaraj mərtəbəsinə avtomobillərin sərbəst giriş-çıxışının təmin olunması məqsədilə inşa olunmuş pandusun günlüyünün metal hissələrinin quraşdırılması işləri davam etdirilir.

     Qaraj mərtəbəsinin -5.35 səviyyəsində pandusun örtüyünün izolyasiyası işləri çərçivəsində örtük tavası ruberoidlə ikiqat hidroizolyasiya olunmuşdur.

      Binanın 3-cü blokunun giriş qapısı qarşısında 2.1x1.5x0.12(h)m ölçülərində,  karkası polimer ⌀8 mm kompozit armaturdan toxunmuş meydança  betonlanmışdır.

      Sahədaxili su xəttinin çəkilməsi üçün inşa olunmuş süzgəc quyusunun 2.4x2.4x1.5(h) m ölçülərində dəmir-beton plitəsi qoyulmuş, torpaqla təmasda olan hissələri bitum məhlulu ilə ikiqat sürtülmüşdür.

     Texniki otağın 0,40x0,40 m ölçülərində olan nəfəsliyinin gün işığı ilə kifayət qədər aydınlanması və havalandırılması məqsədilə pəncərə çuxuru inşa olunmuşdur.

     Binadaxili görülən işlərdən yaşayış binasında elektrik enerjisi təchizatının fasiləsizliyini təmin edən generatorun yerləşdiyi  otağın havalandırılmasının təmin edilməsi məqsədilə 1.3x0.5 m və 2.2x1.2 m ölçülərində iki ədəd metal jalüz quraşdırılmışdır.

    Binanın 3-cü blokunda pilləkən qəfəsinin ikiqat emulsiya ilə boyanması işləri başlanmışdır.

    Yaşayış binasında tamamlanmayan son lift olan Cənubi Koreyanın “Sigma” modelli  sərnişin liftinin motoru lift maşın şöbəsində quraşdırılmışdır.

    Mənzillərdə PVC qapı-pəncərə və şüşələrin quraşdırılması, zədələnmiş qapı və pəncərələrdə isə bərpa işləri davam etdirilir.

    Eyni zamanda mənzillərin yerləşdiyi dəhliz, lift holu və eyvanlarda ümumilikdə hər mərtəbədə 7 ədəd olmaqla sensor led işıqlandırma plafonlarının quraşdırılması işləri görülməkdədir.

    Tikinti-quraşdırma işləri ilə yanaşı iş görülən sahələrdə yaranan inşaat zibilləri toplanaraq ərazidən yük maşınları ilə kənarlaşdırılmış, bundan əlavə Süleyman Tağızadə küçəsi səmtində inşa olunan ümumşəhər əhəmiyyətli səkidə əkilmiş qazon və ağaclar suvarılmış, yaşıllıq sahəyə mütəmadi qulluq olunmuşdur.

 

Fotolent

Yeni xəbərlər