Bakıda Böyük Britaniya səfirliyinin və BMT-nin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə Britaniya Ticarət Palatası (BCCA) tərəfindən təşkil edilən Dayanıqlı İnkişaf və İqlim İnnovasiyaları üzrə Beynəlxalq Forum keçirilmişdir. Tədbirin əsas mövzuları iş dünyasının bu istiqamətdə yeni yanaşmaları, karbonun səmərəli istifadəsi, enerji transferi, tikinti sahəsində Net Zero, istehsalatda yaşıl hidrogen, nəqliyyatda ESG standartları və şəhər nəqliyyat sistemləri, Ağıllı şəhərlər olmuşdur. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahin Eldarov həmin forumda iştirak edərək, sözügedən mövzularda müzakirələrə qatılmışdır.