“Azərpambıq ASK” MMC-nin Saatlı rayonunda yerləşən Pambıq İstehsalı Emalı Zavodunda yenidənqurma işləri aparılır

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə “Azərpambıq ASK” MMC-nin Saatlı rayonunda yerləşən  Pambıq İstehsalı Emalı Zavodunda aparılan yenidənqurma işləri ilə tanış olmaq üçün bu rayona səfər edib. Yenidənqurma işlərinə ümumi baxış keçirən baş direktor mövcud vəziyyətlə tanış olub, görülən işlərin vaxtında həm də keyfiyyətlə başa çatdırılmasına dair lazımi göstərişlər verib, qarşıda duran  hədəf və tədbirlər müzakirə edilib.  
İstehsal gücünün artırılması məqsədilə başlanılmış yenidənqurma işləri  çərçivəsində  zavodun yararsız vəziyyətdə olan texniki bazası, köhnə, sıradan çıxmış avadanlıqları  müasir standartlara cavab verən, yeni qurğular ilə əvəzlənəcəkdir.  Nəticədə  zavodun  quruducu, təmizləyici, emal və mahlıc presləyici avadanlıqlarının yenilənməsi nəticəsində müəssisənin gündəlik emal gücünün 167 tona çatdırılması gözlənilir.  
Zavodun tam gücü ilə işə düşməsi nəticəsində Cəmiyyətin Salyan, Sabirabad və İmişli rayonlarında yerləşən məntəqələrində də tədarük olunmuş xammal həmin müəssisəyə qəbul olunaraq, emal olunacaqdır.
 

Fotolent

Yeni xəbərlər