İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu http://Azexport.az internet portalı və "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə müəssisəsi "Azəripək" MMC-nin birgə əməkdaşlığı ilə "Amazon" və "eBay" platformalarından Azərbaycanın milli kəlağayılarının ABŞ və Avropa ölkələrinə ilk satışı həyata keçirilib. "Azəripək" MMC-nin Marketinq ve Biznesin İnkişafı üzrə rəhbəri Elvira Məmmədova bildirib ki, bu gűn elektron ticarət ənənəvi ticarətin rəqibinə çevrilib və ölkəmizdə elektron ticarət dinamik inkişaf edir. Cəmiyyətin nümayəndəsi əlavə edib ki, bu sahədə müsbət nəticələrə doğru atılan addımlar elektron ticarətin 3 əsas inkişaf meyarı sayılan elektron platforma, elektron ödəniş sistemləri və loqistikaya əsaslanır.