08 aprel 2022-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Müşahidə Şurasının sədri, Korporasiyanın Baş direktoru Kamran Nəbizadənin sədrliyi ilə keçirilən iclasın gündəliyində “Azəralüminium” MMC-nin Müşahidə Şurasının əsasnaməsinin layihəsi, korporativ katibinin əsasnaməsi və Cəmiyyətin korporativ strukturunun təşkili kimi məsələlər müzakirə olunmuş, Baş direktor və digər vəzifəli şəxslərin məruzələri dinlənilmişdir. Sonda müzakirə olunan məsələlər üzrə Müşahidə Şurasının əsasnaməsinin layihəsi məqbul hesab edilmiş və Ümumi Yığıncağa təqdim edilməsinə razılıq verilmişdir. Bununla yanaşı korporativ katibinin əsasnaməsi və “Azəralüminium” MMC-nin korporativ strukturu təsdiq edilmişdir.