Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası keçirilmişdir. Tədbirdə hər iki ölkənin dövlət nümayəndələri iştirak etmiş və iclasın yekunlarına dair Protokol imzalanmışdır.
Sözügedən Azərbaycan-Macarıstan biznes forumunda “Azərbaycan Sənaye Korpariyası” ASC-nin Beynəlxalq əlaqələr, həmçinin Strateji araşdırma və investisiya şöbələrinin əməkdaşları da iştirak etmişdir. Tədbirdə Korporasiyanın əməkdaşları ilə Macarıstan Respublikası şirkətlərinin nümayəndələri arasında B2B görüşlər keçirilmiş, hər iki tərəf arasında məlumat mübadiləsi aparılaraq potensial sahələr üzrə əməkdaşlıq perspektivləri və investisiya imkanları istiqamətində müzakirələr aparılmışdır.