“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rəhbər heyəti və KOTRA-nın (Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin) direktoru cənab Kyekwon Jo və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin 1-ci katibi xanım Youkyoung Hvang arasında görüş keçirilmişdir. Görüşdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin portfelinə daxil olan fəaliyyət sahələri üzrə, xüsusi ilə alüminium sənayesi ilə bağlı digər potensial layihələr barədə danışıqlar aparılmışdır. Bundan əlavə Koreya şirkətləri ilə əlaqələrin qurulması, birgə əməkdaşlıq perspektivləri, yeni investorların cəlb olunması və investisiya imkanlarının dəyərləndirilməsi istiqamətində də müzakirələr aparılmışdır. Görüşün sonunda birgə əməkdaşlığın növbəti mərhələsində qeyd olunan məsələlər üzrə müəyyən məlumatların hazırlanması və yeni görüşlərin keçirilməsi qərara alınmışdır.