26-27 avqust 2023-cü il tarixlərində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan "Azəralüminium" MMC-nin fəaliyyətinin 5-ci ili münasibətilə Bazardüzü dağına yürüş təşkil edilib.
Belə ki, müəssisənin bir qrup əməkdaşı ölkəmizin ən ucqar kəndlərindən biri olan Xınalıqdan hərəkətə başlayaraq, sərt iqlim şəraitində Böyük Qafqaz dağlarının dəniz səviyyəsindən 4466 metr hündürlükdə yerləşən Bazardüzü zirvəsinə qalxıblar. Yürüş iştirakçıları mürəkkəb relyefə malik, respublikanın ən yüksək nöqtəsi hesab olunan zirvədə Azərbaycan bayrağını dalğalandırıblar.
Yürüş "Qartal" dağçılıq klubunun rəhbəri, peşəkar alpinist Rüfət Qocayevin bələdçiliyi ilə baş tutub.