“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə “ASK Şüşə” MMC-də aparılan yenidənqurma işləri ilə tanış olub

      “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə “ASK Şüşə” MMC-də aparılan yenidənqurma işləri ilə tanış olmaq üçün müəssisədə olub.  İstehsal gücünün və məhsulların keyfiyyətinin artırılması  istiqamətində görülən yenidənqurma işlərinə ümumi baxış keçirən Baş direktor cari vəziyyətlə yaxından tanış olub. Korporasiyanın rəhbəri mövcud avadanlıqların yeniləri ilə əvəzlənməsi və modernizasiya prosesinin gedişatı haqqında ətraflı məlumatlandırılıb. Çexiyanın “Sklostroy” və Türkiyənin aparıcı məsləhətçi şirkətlərindən sayılan “YNG Danışmanlık LTD”-nin mütəxəssisləri tərəfindən müasir avadanlıqların tətbiqi istiqamətində aparılan test və quraşdırma işləri ilə tanış olan Baş direktor Kamran Nəbizadə görülən işlərin vaxtında həm də keyfiyyətlə başa çatdırılmasına dair lazımi göstərişlər verib.

Fotolent

Yeni xəbərlər