“Abidə” MTK-nın yaşayış binasının tikintisi üzrə işlər davam etdirilir

            Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllə ünvanında tikintisi yarımçıq qalmış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə podratçı şirkət "EL Construct" MMC tərəfindən 28 iyun 2022-ci il tarixindən 18 iyul 2022-ci il tarixinə kimi olan müddət ərzində tikinti-quraşdırma işləri qrafik üzrə ardıcıl və fasiləsiz olaraq davam etdirilmişdir.    

            Süleyman Tağızadə küçəsi səmtində ümumşəhər əhəmiyyətli səkinin yenidən qurulmasının davam etdirilməsi məqsədi ilə 4.5 metr uzunluğunda karkası polimer kompozit armaturdan toxunan 200 mm hündürlüyündə bordür 200 mm hündürlüyündə bünövrəsi ilə birlikdə, ümumi 400 mm hündürlükdə konstruksiya  B25 marka beton ilə betonlanmışdır.    

            Zərgərpalan küçəsi tərəfdən -2 səviyyəsində bina fasadında dəmir-beton sütun və rigellərin “ağlay” daşı ilə üzlənməsi işləri başa çatdırılmışdır.    

            Qaraj mərtəbəsinə giriş pandusunun M.Muxtarov küçəsi səmtində örtüyünün ağlay daşı ilə üzlənmə işləri davam etdirilmişdir.     

             1-ci blokun qarşısında yeraltı qrunt sularının drenaj xəttinin davam etdirilməsi məqsədilə qaya qruntunun xüsusi texnika ilə dağıdılması və böyük tutumlu avtomaşınlarla ərazidən daşınıb çıxarılması işləri davam etdirilir.     

             Yaşayış binasının su təchizatını təmin etmək məqsədi ilə inşa olunan 2 ədəd su anbarına Ø108x4 mm polad borudan sahədaxili su xəttinin, -2 qaraj mərtəbəsindən keçməklə yaşayış və qeyri-yaşayış mərtəbələrinə içməli və yanğın su xəttlərinin çəkilməsi işlərinə başlanılmışdır.    

             Abadlaşdırma işləri çərçivəsində L.Tolstoy küçəsi boyu ərazinin relyefə uyğun planlaşdırılması məqsədilə nivelir cihazı vasitəsi ilə mühəndis heyəti tərəfindən ölçü işləri aparılmışdır.    

             Qeyri-yaşayış mərtəbələrində temperatur tikişləri metal vərəqlərdən və profillərdən hazırlanmış xüsusi örtüklərlə (kompensatorlar) bağlanmışdır.    

              Binadaxili görülən işlərdən -2 qaraj mərtəbəsində tavan boya hazırlıq işləri davam etdirilmişdir.    

              Mənzillərdə yeni PVC qapı-pəncərələrin quraşdırılması, pəncərələrin süsələnməsi, zədələnmiş qapı və pəncərələrdə isə bərpa işləri davam etdirilir.    

              Bütün bunlarla yanaşı tikinti-quraşdırma işləri ilə əlaqədar yaranmış inşaat zibili toplanaraq ərazidən yük maşınları ilə kənarlaşdırılmışdır.

Fotolent

Yeni xəbərlər