“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşı startap təqdimatı tədbirində iştirak edib

20 aprel 2023-cü il tarixində BFG (Blockchain Founders Group) tərəfindən startap təqdimatı tədbiri keçirilmişdir. Onlayn formatda keçirilən tədbirdə  ABŞ  və  Estoniyadan olan startaplar öz məhsullarını, ideyalarını mentorlar və bu sahədə təcrübəyə malik olan qurumlara təqdim etmişlər. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Tədqiqat, innovasiya və startaplara dəstək şöbəsinin əməkdaşı da sözügedən tədbirdə mentor qismində çıxış etmişdir. Blokçeyn mövzusunda ideya və məhsul təqdim edən komandalar ilə fikir mübadiləsi aparılmış, mentorlar tərəfindən startap komandalara texniki məsləhətlər verilmişdir. Tədbirdə “Oasiis Insights”, “digitalsocial.id”, “Signa X” və “Chenkster” kimi startaplar iştirak etmişdir.

Fotolent

Yeni xəbərlər