Bakıda Moldova Respublikasının Baş naziri xanım Nataliya Qavrilitsa və İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun iştirakı ilə işgüzar nümayəndələr arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirəsi ilə bağlı görüş keçirilmişdir. Sözügedən görüşdə iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın, həmçinin, investisiya, sənaye, kənd təsərrüfatı və digər sahələrdə biznes imkanların gücləndirilməsinə dair müzakirələr aparılmış və sahibkarların sualları cavablandırılmışdır.
Tədbirdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji inkişaf və Kommersiya departamentinin əməkdaşları da iştirak etmişdir. Görüş ərzində Moldova şirkətləri ilə ticarət-investisiya əlaqələrinin genişləndirilməsi, biznes və investisiya mühiti, həmçinin, potensial sahələr üzrə əməkdaşlıq perspektivlərinə dair danışıqlar aparılmışdır.