Bakıda Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında biznes forum keçirilib. Sözügedən forum ölkələr arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələri üzrə əməkdaşlıqların genişləndirilməsindən ibarət olub.
İqtisadiyyat və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən biznes-forumda Azərbaycan və Avstriya tərəfindən rəsmi şəxslərlə yanaşı, energetika, nəqliyyat və logistika, informasiya texnologiyaları, səhiyyə, qablaşdırma sənayesi, yol infrastrukturunun təkmilləşdirilməsi, konsaltinq xidmətləri, inşaat, maşınqayırma, kimya sənayesi, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Forumda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji İnkişaf və Kommersiya departamentinin əməkdaşları da iştirak ediblər. Tədbirdə Cəmiyyətin nümayəndələri ilə Avstriya şirkətlərinin nümayəndələri arasında biznes görüşlər keçirilib, tərəflər arasında məlumat mübadiləsi aparılaraq potensial sahələr üzrə əməkdaşlıq perspektivləri, ticarət və investisiya imkanları istiqamətində müzakirələr aparılıb.