“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə Korporasiyanın Şəki şəhərində yerləşən müəssisələrinə səfər edib.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə Korporasiyanın Şəki şəhərində yerləşən müəssisələrinə səfər etmişdir. "Azəripək" MMC, “ASK Şəki Şərab” MMC, “Azərtütün ASK” MMC-də mövcud vəziyyətlə tanış olmuş, lazımi göstərişlər vermişdir.

Baş direktor səfər çərçivəsində ilk olaraq "Azəripək" MMC-yə məxsus müəssisənin qazanxana təsərrüfatına, baramaboğan, baramayığan və barama çeşidləyici sahələrinə, eyni zamanda nəzərdə tutulan əlavə 400 tonluq yaş barama qəbulu məntəqəsinin ərazisinə baxış keçirmiş, iki ədəd yeni baramaboğan avadanlığın quraşdırılmasının istehsalın təqvim planına uyğunlaşmasına dair tövsiyyələrini  vermişdir.

“ASK Şəki Şərab” MMC-yə səfər edən Kamran Nəbizadə zavodun ümumi ərazisinə baxış keçirmişdir. Daha sonra 1000 kv metr ərazidə anbar tikintisi, zavodun ərazisində yerləşən torpaq sahəsində üzüm bağının salınması, bundan əlavə təzyiq altında şərabsüzmə və meyvə qəbulu xəttlərinin quraşdırılması məsələləri də müzakirə edilmişdir.

 Korporasiyanın Baş direktoru “Azərtütün ASK” MMC-nin Şəki şəhərində inşa edilən 30 ədəd odla qurutma kameralarının tikinti sahəsinə də baş çəkmiş, aparılan inşaat işləri ilə bağlı tövsiyyələrini vermişdir. Bundan əlavə 2019-cu il tütün istehsalı ilə bağlı məsələlər, hal-hazırda həyata keçirilən emal prosesləri və Şəki Tütün İstehsalı Emalı Məntəqəsində növləyici sahəsinin genişlənməsi məsələsi də müzakirə olunmuşdur.  

Fotolent

Yeni xəbərlər