“Abidə” MTK-da “ASK” ASC tərəfindən tamamlama işləri davam edir.

            Belə ki, 13 oktyabr 2021-ci il tarixindən 22 oktyabr 2021- ci il tarixinə kimi olan müddət ərzində podratçı şirkət “EL Constuct” MMC tərəfindən binanın tikinti ərazisində yerləşən, tikilən yaşayış binasının 1-ci blokuna insanların, maşın-mexanizmlərin, o cümlədən xüsusi yanğınsöndürmə texnikasının sərbəst yanaşmasına maneçilik törədən, L.Tolstoy, 86 ünvanında yerləşən bir ədəd bir mərtəbəli mövcud yarıuçuq yaşayış binasının söküntüsü başa çatdırılmış və həmin yerdə ərazinin abadlaşdırılması işlərinin 30%-i artıq yerinə yetirilmişdir.

            Binanın xarici yanğınsöndürmə və içməli su üçün nəzərdə tutulan iki ədəd su anbarının, nasosxananın işçi layihəsi əsasında tikinti-quraşdırma işlərinin artıq 45%-i yerinə yetirilmişdir. Belə ki, qurğuların çalaları qazılaraq çıxan qaya qruntları ərazidən kənarlaşdırılmış, təməllərdə 100 mm qalınlığında B 7,5 markalı betondan hazırlıq qatı, 20 mm qalınlığında B 7,5 markalı betondan hamarlayıcı qat çəkilmişdir.

            Eyni zamanda, artıq 1 ədəd sərnişin lifti də tam işlək vəziyyətə gətirilmiş, digər 1 liftlə bağlı isə son sazlama işləri həyata keçirilir.

       Bundan başqa pandusun dəmir-beton karkas işləri tam yekunlaşmışdır, yüngül metal konstrukisiyalardan giriş günlüyünün quraşdırılması ilə pandus işləri yekunlaşacaqdır.

       Binanın M.Muxtarov, L.Tolstoy və Zərgərpalan küçələri səmtindəki fasadlarında ümumilikdə 29 ədəd vitraj “ağlay” materialı ilə haşiyələnmiş, 1-ci blokun +1 mərtəbəsindən M.Muxtarov küçəsinə çıxış üçün açılmış 1 ədəd qapının ətrafının “ağlay” daşı ilə haşiyələnməsinə başlanılmışdır.

        Süleyman Tağızadə küçəsi boyu istinad     divarlarının dəmir-beton lentvari özülləri tamamlanmış, üzərində əhəngdaşından  divarların hörgüsü antiseysmik d/beton qurşaqla birlikdə bütünlüklə yerinə yetirilmiş, 2 ədəd pilləkənin dəmir-beton özülü, pillələri, yan divarı və üzərində d/beton qurşaq qurulmuş, divarlar iç tərəfdən suvanmış, torpaqla təmasda olan hissələr ikiqat bitum məhlulu ilə izoliyasiya olunmuşdur.

         Həftə ərzində binanın -2 qaraj, -1 və -2  qeyri-yaşayış mərtəbələrində təmizlik, səliqə-səhman işləri görülmüş, həyətdə uzun müddət yığılıb qalmış inşaat zibili özüyükünü boşaldan nəqliyyat vasitələri ilə ərazidən daşınmışdır.

          

Fotolent

Yeni xəbərlər