“Azərbaycan Sənaye Korporasiyası” ASC-də alüminium sənayesinin inkişafına dair görüş keçirilib

     “Azərbaycan Sənaye Korporasiyası”  ASC, “Azəralüminium” MMC və Çinin “XIANGYU” şirkətinin rəhbər heyətləri arasında görüş keçirilib. Yeni investisiya imkanları, elektroliz istehsalı sahəsində birgə əməkdaşlıq perspektivlərinin araşdırılması, yüksək keyfiyyətli məhsulların dünya bazarına ixracı görüşün əsas müzakirə mövzusu olub. Qeyd olunmalıdır ki, “XIANGYU” Çinin elektroliz istehsalı istiqamətində ixtisaslaşmış nəhəng şirkətidir. Görüş zamanı bildirilib ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin sözügedən əməkdaşlığa cəlb edilməsi ölkəmizdə ilkin alüminium istehsal həcminin artırılması və alüminium məhsullarının qlobal dəyər zəncirinə qoşulması imkanının daha da genişlənməsinə zəmin yaradacaqdır. Danışıqlar zamanı tərəflər bir neçə müxtəlif istiqamətdə əməkdaşlıq imkanlarını müəyyən edib. Növbəti mərhələdə müzakirə olunan məsələlərin daha ətraflı araşdırılması nəzərdə tutulub.

     Qeyd olunmalıdır ki, “XIANGYU” şirkətinin nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində “Azəralüminium” MMC-nin Gəncə Alüminium Kompleksində olublar. Müəssisənin əməkdaşları tərəfindən qonaqlara mövcud infrastruktur, istehsal prosesi, texniki imkanlar, məhsul çeşidləri haqqında ətraflı məlumat verilib.

Fotolent

Yeni xəbərlər