"Azərbaycan Sənaye Korporasiyası" ASC “Find your Co-Founder” startup biznes forumunda təmsil olunub

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin Strateji İnkişaf və Kommersiya departamentinin əməkdaşı Afər Əzimova Türkiyənin İstanbul şəhərində keçirilən “Find your Co-Founder” startup  biznes forumunda iştirak edib. “Startupcentrum” tərəfindən təşkil olunan tədbirin sponsorları qardaş ölkənin nüfuzlu şirkətləri olan “Bilgiyi Ticaretleştirme Merkezi”, “Girişimci Parkı”, “Let’s scale up”, “JCI Avrasya”, “TİİBTT”  və media tərəfdaşı olaraq “Girişim Haberleri” şirkətləridir. Sözügedən biznes forumda startuplara daxil olmaq və  startup ekosistemində  network  yaratmaq, eləcə də Mentor və ya İnvestor olaraq startuplara daxil olmaq  istəyən şəxslər, şirkətlər iştirak edib. “Azərbaycan Sənayə Korporasiyası” ASC-nin əməkdaşı forumda iştirak edən startupçılarla fikir mübadiləsi aparıb və startupcentrum ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.

Fotolent

Yeni xəbərlər