Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Hazırda ölkəmizdə qeyri-neft sektorunun ən aparıcı sahələrindən olan aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Kənd təsərrüfatına dövlət dəstəyi proqramına start verilməsi, bu yöndə qəbul olunan qərarlar, imzalanmış Fərman və Sərəncamlar, həmçinin fermerlərin texnika, gübrə və damazlıq heyvanla təminatı ilə bağlı dövlət tərəfindən güzəştlərin tətbiq edilməsi, bütövlükdə fermerlər və kəndlilərə hərtərəfli diqqət və qayğının göstərilməsi dövlətin kənd təsərrüfatına, kəndə və kəndliyə münasibətini göstərir, nəticədə iqtisadiyyatın, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır.
"Azərbaycan Sənaye Korporasiyası" ASC kənd təsərrüfatı işçilərini, o cümlədən Cəmiyyətin törəmə müəssisələrindən olan "Azərpambıq ASK" MMC, "Azərtütün ASK" MMC, "Azəripək" MMC, "ASK Şəki Şərab" MMC və "ASK Aqro" MMC-nin kollektivlərini və bu şirkətlər ilə əməkdaşlıq edən bütün fermerləri peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir. Ölkəmiz üçün iqtisadi cəhətdən strateji əhəmiyyətli və səmərəli olan bu sahənin inkişafında onlara bol nailiyyətlər diləyir.