Ermənistan silahlı bölmələrinin Ağcabədi rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmasına baxmayaraq kənd təsərrüfatı işləri, o cümlədən pambıq yığımı davam etdirilir. Bu günədək tarlalardan 14094,76 ton məhsul yığılıb.2020-ci ildə rayonda 4200 hektarı “Azərpambıq” MMC, 5069,2 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1420 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında 10 min 689,2 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Pambığın maşınla yığılması üçün defolyasiya işləri aparılıb.
Ağcabədi Rayon İcra Hakimiyyəti