Azərbaycan və ÇİN şirkətləri arasında görüş keçirilmişdir

16 noyabr 2023-cü il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azəralüminium” MMC, Azərbaycan İnvestisiya Şirkəti və Çin Xalq Respublikasının “Sunstone”, “Ordos Oriental”, ”SOJO” şirkətlərinin nümayəndə heyətləri arasında görüş keçirilmişdir. Görüşün əsas müzakirə mövzusu Azərbaycanda Yerli Neft Koksunun Kalsinasiyası və Anod Bloklarının İstehsalı Zavodlarının yaradılması layihəsi olmuşdur.

Qeyd edilməlidir ki, sözügedən layihə yerli xammaldan istifadə etməklə dünya bazarında yüksək tələbata malik olan bişirilmiş neft koksunun və alüminium istehsalında əsas xammal sayılan anod bloklarının istehsalına zəmin yaradacaqdır. Müzakirə olunan layihələrin həyata keçiriləcəyi təqdirdə ölkədə alüminium istehsalında maya dəyərinin azaldılması və gəlirliyin artırılması, eləcə də yeni iş yerlərinin yaradılması, xarici investisiyaların cəlb edilməsi, o cümlədən yüksək keyfiyyətli məhsulların dünya bazarına ixracı, həmçinin yerli alüminium sənayesinin xammal idxalından asılılığının azaldılması imkanı yaranacaqdır. 

Görüşün sonunda tərəflər arasında işçi qrupu tərəfindən icrası nəzərdə tutulan işlərin yol xəritəsinin yaradılması və nəticə olaraq cari mərhələdə İlkin Texniki İqtisadi Əsaslandırmanın hazırlanması qərara alınmışdır.         

Fotolent

Yeni xəbərlər