“Abidə” MTK-da “ASK” ASC tərəfindən tamamlama işləri davam edir

           Podratçı şirkət “EL Constuct” MMC tərəfindən “Abidə” MTK-nın binası üzrə tikinti-quraşdırma işləri ardıcıl olaraq, fasiləsiz surətdə davam etdirilərək 01 noyabr 2021-ci il tarixindən 13 noyabr 2021- ci il tarixinə kimi olan müddət ərzində L.Tolstoy, 86 ünvanında yerləşən iki mərtəbəli mövcud yaşayış binasının sement-qum məhlulu ilə suvanmış yan fasadının üzərinə “binder” məhlulu çəkilmiş, M.Muxtarov, 22 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan binanın suvaq vurulmuş yan tərəfi 2-ci qat “tekstura” tipli emulsiya məhlul ilə “ağlay” tavası rəngində boyanmışdır. Həmçinin ayaqaltılar quraşdırılmaqla binanın arxa fasadı sement-qum məhlulu ilə suvanmışdır.

            Eyni zamanda, binanın 3-cü blokundan Zərgərpalan küçəsi istiqamətində 150 mm diametrində plastik borulardan 3 ədəd kanalizasiya xətləri quraşdırılaraq 300 millimetirlik sahədaxili xəttə qoşulmuş və +1 və -1 qeyri-yaşayış mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinin vitrajlarının şüşələnməsi üçün metal ayaqaltılar quraşdırılmış, +1 mərtəbəsində 2 ədəd vitraj şüşələnmişdir.

       Binanın M.Muxtarov, küçəsi səmtindəki fasadında 1-ci blokun +1 mərtəbəsindən M.Muxtarov küçəsinə çıxış üçün açılmış 1 ədəd qapının ətrafının qopmuş “ağlay” materialı bərpa edilməklə bu istiqamətdə üzlük işləri yekunlaşmışdır.

        Süleyman Tağızadə küçəsi tərəfdən binanın +1 mərtəbəsindəki qeyri-yaşayış sahəsinə daxil olmaq və həmin küçədən əraziyə düşüb-qalxmaq üçün nəzərdə tutulan 3 ədəd pilləkənin və pilləkən meydançasının armatur karkası quraşdırılmışdır. İstinad divarının üst hissəsi başdan-başa sement-qum məhlulu ilə hamarlanmış, həmçinin 3 ədəd vitrajın ətrafı “ağlay” materialı ilə haşiyələnmişdir.Ümumiyyətlə bu küçə tərəfdə 21 ədəd vitraj pəncərəsindən 14 ədədi “ağlay” daşı ilə haşiyələnmişdir.Bundan başqa, həmin küçə istiqamətində ərazinin “qırmızı xətti” müəyyənləşdirilərək bu hissədəki pilləkənlərin yan bortlarının inşası üçün özüllərin xəndəkləri qazılmışdır.

         2 ədəd su anbarının və nasosxananın çalasının dibində hamarlayıçı qatın üzərinə 2 qat bitumdan, onun da üzərinə 2 qat şüşə ruberoiddən izolyasiya qatları çəkilmiş, sement-qum məhlulundan qoruyucu qatın çəkilməsi üçün hazırlıq işləri görülmüşdür.

         Binanın damında layihə üzrə nəzərdə tutulan ümumilikdə 28 ədəd qülləşəkilli kiçik memarlıq elementlərindən sonuncu 3 ədədi quraşdırılmaqla bu işlər də yekunlaşmışdır.

         Binanın -1 və +1 mərtəbələrində təmizlik və səliqə-səhman işləri görülmüşdür.

          

Fotolent

Yeni xəbərlər