Yerli startap ekosisteminin inkişafında rol oynayan startaplara və komandalara dəstək məqsədilə keçirilən görüşlərin davamı olaraq 05 iyun 2023-cü il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji inkişaf və kommersiya departamentinin əməkdaşları Günay Şirəlizadə və Teymur Hacıyev “Satelyzer” startapı ilə görüş keçirib.
“Satelyzer” bitki inkişafının monitorinqini aparan və uzaqdan zondlama, eləcə də süni intellekt daxil olmaqla dəqiq əkinçilik texnologiyalarını tətbiq edən platformaya malik startapdır.
Görüş zamanı startap komandasının rəhbəri öz startapı haqqında ətraflı məlumat verib, Korporasiya ilə partnyorluq əlaqələri müzakirə olunub. Nəzərdə tutulan işlərin daha da geniş miqyas alması məqsədilə tətbiq sahəsi ilə təmin olunmaq və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nəzdində olan törəmə müəssisələrə məxsus ərazilərdə pilot layihələr üçün sınaqların aparılmasına dəstək göstərilməsi ilə bağlı müzakirələr aparılıb.
Daha sonra Korporasiyanın əməkdaşları və “Satelyzer” startap komandası Biləsuvar rayonunda yerləşən, “Azərpambıq ASK” MMC-yə məxsus Təcrübə Sınaq Mərkəzinə səfər ediblər. Səfər zamanı pambıq əkini ərazilərinə ümumi baxış keçirilərək, “Satelyzer” startapının tədbiq olunması üçün yerində işlər aparılıb və bu istiqamətdə gələcək əməkdaşlıqların genişləndirilməsi planlaşdırılıb.