Azərbaycan Sloveniya əməkdaşlığı müzakirə olunub

13 aprel 2023-cü il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Sloveniya Respublikasında mövcud startap təcrübələri, eləcə də innovasiya ekosisteminin və dəstək infrastrukturunun inkişafı ilə bağlı tədbir keçirilmişdir. Tədbirə sahibkarlıq, texnologiya, sənaye inkişafı, rəqəmsal transformasiya, metrologiya kimi sahələrdə fəaliyyət göstərən iş adamları qatılmışdır. “Azərbaycan Sənaye Korporasiyası“ ASC-nin Beynəlxalq əlaqələr, həmçinin Tədqiqat, innovasiya və startaplara dəstək şöbəsinin əməkdaşlarının da iştirak etdiyi  işgüzar görüşdə  Azərbaycan və Sloveniyadan olan startaplar arasında  görüşlər keçirilmiş, gələcək əməkdaşlıqlarla bağlı razılıqlar əldə edilmiş, o cümlədən müəyyən qurumlar ilə birgə investisiya imkanlarının araşdırılması müzakirə olunmuşdur. Sözügedən tədbirdə Avropa Birliyi, eləcə də Avropa İttifaqı bazarlarına daxil olmaq  üçün ən yaxşı təcrübələr və tələblər, Sloveniyada mövcud startap təcrübələri,  qlobal miqyasda startaplar və təsisçilər üçün təlimlər, UNİDO-nun fəaliyyəti ilə bağlı məsələlər də müzakirə mövzusu olmuşdur.  

Fotolent

Yeni xəbərlər