Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində Azərbaycan-Misir biznes forumu keçirilmişdir. Forumda hər iki ölkədən kənd təsərrüfatı, qida sənayesi, tibb, tikinti, informasiya texnologiyaları, maliyyə və digər sahələri təmsil edən 50-dən çox şirkət nümayəndəsi təmsil olunmuşdur.
Sözügedən forumda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji inkişaf və kommersiya departamentinin əməkdaşları da iştirak etmişdir. Azərbaycan-Misir iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə keçirilən biznes forumda Cəmiyyətin əməkdaşları ilə Misir Ərəb Respublikasının şirkətlərinin nümayəndələri arasında B2B görüşlər keçirilmiş, ticarət və investisiya imkanları, həmçinin, potensial sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.