22 dekabr 2021-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə cəmiyyəti olan “Azəralüminium” MMC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilmişdir. Müşahidə Şurasının sədri, Korporasiyanın Baş direktoru Kamran Nəbizadənin sədrliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 dekabr tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləğinin 300.00 manat müəyyən edilməsi ilə əlaqədar ştat cədvəlində ödəniş dərəcələrinin uyğunlaşdırılması müzakirə olunmuşdur. Həmçinin sözügedən quruma Cəmiyyətin yeni ştat cədvəlinin və korporativ strukturunun yeni layihəsinin hazırlanması tapşırılmışdır.