“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nümayəndəsi sindikativ kreditləşmə mövzusuna dair konfransda iştirak edib

04 may 2024-cü il tarixində “PAŞA Bank” tərəfindən “Azərbaycan  bazarında sindikativ kreditləşmə” mövzusuna dair konfrans keçirilib. Tədbirdə dövlət qurumları, ölkənin maliyyə sektorunun nümayəndələri, yerli, eləcə də beynəlxalq şirkətlərin təmsilçiləri iştirak edib. Konfrans iştirakçıları qeyd edilən alternativ maliyyə alətinin cəlb edilməsi üzrə beynəlxalq təcrübə və bankların mövqeyini, bu sahədə dövlət və özəl sektor arasında əməkdaşlıq strategiyalarını, iqtisadiyyatın əsas sektorları və sahibkarlığın dayanıqlı inkişafında sindikativ kreditlərin rolunu, həmçinin digər mövzuları müzakirə ediblər. 

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Hüquq departamentinin direktoru Toğrul Quluzadə tədbirdə iştirak edərək, “Beynəlxalq sindikativ kredit hüquq münasibətlərində yaranan mübahisələrin hüquqi həlli barədə” mövzusunda çıxış edib.

Panel müzakirələrində yerli və xarici bankların əməkdaşlığı, Azərbaycan bazarına xarici investorların marağının artırılması, eləcə də ölkənin sindikativ kreditlərinin hüquqi aspektləri üzrə fikir mübadiləsi aparılıb.

Fotolent

Yeni xəbərlər