Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
İqtisadi cəhətdən strateji əhəmiyyətli və səmərəli olan kənd təsərrüfatının inkişafında aparılan uğurlu aqrar siyasət nəticəsində bu sahə ölkə iqtisadiyyatında xüsusi yerə sahib olub. Qeyri-neft sektorunun ən aparıcı sahəsi olan aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.
“Azərbaycan Sənaye Korporasiyası" ASC kənd təsərrüfatı işçilərini, o cümlədən Cəmiyyətin bu sahədə fəaliyyət göstərən törəmə müəssisələrinin kollektivlərini və bu şirkətlər ilə əməkdaşlıq edən bütün fermerləri peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir.