“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəripək” MMC-nin əməkdaşı "Made in Uzbekistan Textile" adı ilə keçirilən onlayn B2B görüşdə iştirak edib.
"Made in Uzbekistan Textile" onlayn B2B-nin təşkilatçıları Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyi nəzdində İxracın Təşviqi Agentliyi, Özbəkistanın "Uztekstilprom" tekstil və tikiş-trikotaj sənayesi Assosiasiyası, həmçinin Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyidir.
Görüşdə iştirak edən “Azəripək” MMC-nin Marketinq və Biznesin İnkişafı üzrə şöbə müdiri Elvira Məmmədova iri ticarət şəbəkələrinin nümayəndələri və investorlarla görüşlər keçirib. Onlayn görüşlərdə Azərbaycan və Özbəkistan arasında tekstil sektorunda işgüzar dialoq perspektivlərinin müzakirəsi və xarici investorlar arasında əlaqələrin gurulması ətrafında müzakirələr aparılıb.