“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşları “Baku ID’23”-də iştirak edib

6-7 iyul 2023-cü il tarixində sayca ikinci “Baku ID’23” tədbiri keçirilib. Tədbirə 200-dən çox  yerli və xarici investor (500 Global, Startup Wise Gise, investisiya fondları və vençur kapitalı şirkətlərinin nümayəndələri olmaqla), 100-dən çox startap, 3000-dən çox qonaq və  iştirakçı, 10-dan çox partnyor qatılıb. Tədbir zamanı startapların investorlar qarşısında çıxışı, investorlarla “one-2-one” tipli görüşlər, panel çıxışlar, müsabiqələr təşkil olunub. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji inkişaf və kommersiya departamentinin əməkdaşları Günay Şirəlizadə və Teymur Hacıyev də Korporasiyanın əməkdaşlıq etdiyi startaplara dəstək məqsədi ilə sözügedən tədbirdə iştirak edərək, görüşlər keçirmiş, komandalarla partnyorluq və əməkdaşlıq haqqında müzakirələr aparmışlar.

Fotolent

Yeni xəbərlər