“Azərbaycan Sənaye Korporasiyası” ASC Azərbaycan-Səudiyyə Ərəbistanı İnvestisiya Forumunda təmsil olunub

19 dekabr tarixində Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı İnvestisiya Forumu keçirilmişdir. Forum çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) ilə Səudiyyə Ərəbistanının Palatalar Federasiyası arasında birgə Biznes Şurasının yaradılması haqqında saziş, eləcə də əməkdaşlığa dair 7 sənəd imzalanmışdır. Şuranın vəzifələrinə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın ümumi vəziyyətini və gələcək istiqamətlərini müzakirə etmək, ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın inkişafı sahəsində işgüzar dairələrinin təşəbbüslərini dəstəkləmək, ikitərəfli ticari-iqtisadi əməkdaşlıqla bağlı problemlərin nəzərdən keçirilməsi daxildir.

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrin inkişafı, kommersiya, ticarət-iqtisadi, elmi, texnoloji sahədə mübadilə və əməkdaşlıqların inkişafı baxımından əhəmiyyət daşıyan tədbirdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji inkişaf və kommersiya departamentinin nümayəndələri Rüstəm Əkbərli və Günay Şirəlizadə iştirak etmişlər. Cəmiyyətin əməkdaşları ilə forum iştirakçıları arasında Azərbaycan və Səudiyyə Ərəbistanı bazarlarında fəaliyyət göstərən layihələr, müvafiq təşkilatlar haqqında fikir mübadiləsi aparılmış, birgə müəssisələrin yaradılması və fəaliyyəti, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın digər formalarına dair müzakirələr olmuşdur.

Fotolent

Yeni xəbərlər