"İnteral" MMC birgə müəssisəsinin təsisçiləri olan "Azərbaycan Sənaye Korporasiyası" ASC, "Azəralüminium" MMC və "Achenbach Alpha GmbH" şirkətinin iştirakı ilə birgə müəssisənin Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.
Gündəlikdə yeni yaradılmış "İnteral" MMCnin strukturu, Müşahidə Şurasının tərkibi, 2023-cü il üçün büdcənin müzakirəsi və büdcə proqnozlarının yenilənməsi, həmçinin ştat cədvəlinin hazırlanması, eləcə də maliyyələşmə məsələləri müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.