Macarıstan şirkəti ölkəmizə investisiya yatırımı mövzusunda maraqlı olduğunu bildirib

“Azərbaycan Sənaye Korporasiyası” ASC, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında görüş keçirilmişdir. Qeyd olunan qurumların rəhbər heyətinin iştirakı ilə keçirilən görüşdə yeni investisiya imkanları və birgə əməkdaşlıq perspektivlərinin araşdırılması, eyni zamanda alüminium məhsullarının dəyər zəncirinin inkişaf etdirilməsi əsas müzakirə mövzusu olmuşdur.

Müzakirələr zamanı “Hell Energy” şirkətinin rəhbər heyəti ölkəmizə investisiya yatırımı və birgə müəssisənin qurulması məsələsində maraqlı olduğunu bildirmişdir. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin qeyd olunan əməkdaşlığa cəlb edilməsi ölkəmizdə istehsal olunan alüminium məhsullarının qlobal dəyər zəncirinə qoşulması imkanının daha da genişlənməsinə zəmin yaradacaqdır.

Görüşdən sonra “Hell Energy” şirkətinin heyəti “Azəralüminium” MMC-nin Gəncə Alüminium Kompleksinə səfər etmişdir. Səfər çərçivəsində müəssisənin əməkdaşları tərəfindən qonaqlara mövcud infrastruktur, istehsal prosesi, texniki imkanlar, məhsul çeşidləri haqqında ətraflı məlumat verilmişdir.  

Fotolent

Yeni xəbərlər