"Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nümayəndə heyəti Türk Dövlətlərinin Aqroforumunda iştirak edib

     Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Aqrobiznes Forumu keçirilmişdir. Tədbir Türk Dövlətləri Təşkilatının 1-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısı çərçivəsində təşkil olunmuşdur. Forumda təşkilata üzv dövlətlərin və müşahidəçi ölkələrin rəsmiləri və aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri iştirak etmişlər. Tədbirdə Azərbaycan nümayəndə heyəti Azəzrbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab İnam Kərimovun başçılığı ilə təmsil olunmuşdur .

     Forumda “Azərbaycan Sənaye Korporasiyası”ASC-nin Strateji İnkişaf və Komersiya Departamentinin direktor müavini İlqar Vahabov və Cəmiyyətin törəmə müəssisəsi olan “Azəripək” MMC-nin direktoru Səməd Nəbiyev də iştirak etmişdir. Səfər çərçivəsində baramaçılığın və ipəkçiliyin inkişafı, birgə əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və gələcək perspektivlər ilə bağlı “Özbəkipaksanoat” Assosiasiyası, Özbəkistanın İpəkçilik üzrə Elmi Tədqiqat İnsitutu, ipək istehsal edən müəssisə, eləcə də Xorazim, Şəhrizad vilayətində barama və ipəkçilik sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndə heyətləri ilə işgüzar görüşlər keçirilmişdir. İşgüzar görüşlərdə gələcək əməkdaşlıqlar üçün birgə tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələr apararılmış, peşəkar kadrların mübadiləsi və digər sahələrdə əməkdaşlıq imkanlarına dair müvafiq təkliflər müzakirə olunmuşdur.

Fotolent

Yeni xəbərlər